Modern.az

Yeni baş nazir Zelenskiyə SÖZ VERDİ

Yeni baş nazir Zelenskiyə SÖZ VERDİ

Dünya

28 Sentyabr 2022, 21:00

Böyük Britaniyanın Baş naziri Liz Trass və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.

 

Trass söhbət zamanı Britaniyanın Ukraynaya davamlı dəstəyini ifadə edib. Baş nazir açıq şəkildə bildirib ki, Britaniya Rusiyanın Ukraynanın suveren ərazilərini ilhaq etmək cəhdlərini tanımayacaq.

 

Zelenski isə Baş naziri hazırkı hərbi vəziyyətlə bağlı məlumatlandırıb.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?