Modern.az

Bu ölkədə hərbi çevriliş OLDU

Bu ölkədə hərbi çevriliş OLDU

1 Oktyabr 2022, 00:40

Burkina Fasoda hərbçilər ölkədə təhlükəsizlik vəziyyətini əsas gətirərək hakimiyyəti ələ keçiriblər.

 

Modern.az xəbər verir ki, hərbçilər çevrilişi RTB dövlət televiziyasından elan ediblər.

 

Bəyanatda deyilir ki, növbəti xəbərdarlığa qədər ölkədə konstitusiyanın fəaliyyəti dayandırılıb, sərhədlər bağlanılıb və hökumət buraxılıb.

 

Qeyd olunur ki, Burkina-Faso ordusunun kapitanı İbrahim Traorenin rəhbərlik etdiyi hərbçilər hazırda hakimiyyətdə olan Paul-Henri Damibanı devirib.

 

Xatırladaq ki, bu Qərbi Afrikada yerləşən ölkədə səkkiz ayda ikinci çevrilişdir. Bu ilin yanvar ayında Dambia əvvəlki hökuməti devirərək hakimiyyətə gəlmişdi.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi