Modern.az

Somalidə terror aktı: Ölənlərdən biri nazirdir

Somalidə terror aktı: Ölənlərdən biri nazirdir

3 Oktyabr 2022, 20:49

Somalidə bomba yüklü maşınlarla ölkənin üç ayrı yerində kamikadze hücum təşkil edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Hücumlar zamanı 12 nəfərin həyatını itirdiyi bildirilir. Terror aktı zamanı ölənlər arasında Hirşabelle vilayətinin səhiyyə naziri və digər dövlət rəsmiləri də var.

 

Partlayışlardan sonra güclü atışma səslərinin eşidildiyi qeyd olunub.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi