Modern.az

Koronavirusa yoluxma artacaq - XƏBƏRDARLIQ

Koronavirusa yoluxma artacaq - XƏBƏRDARLIQ

Dünya

5 Oktyabr 2022, 17:28

"COVID-19-un "Omicron" ştamı qlobal miqyasda dominant versiya olaraq qalır. Bundan başqa, əməkdaşlarımız 300-dən çox alt variantı müşahidə edirlər”.

 

Modern.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

 

Baş direktor insanları vaksinasiyaya çağırıb:

 

“Pandemiya hələ bitməyib. Qarşıdan gələn müddətdə dünyada koronavirus infeksiyasına yoluxma hallarının artacağı gözlənilir. Buna baxmayaraq, peyvənd və digər lazımi vasitələrimiz var”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu