Modern.az

Ərdoğan Paşinyanla ilk görüşü haqda nə DANIŞDI...

Ərdoğan Paşinyanla ilk görüşü haqda nə DANIŞDI...

Dünya

6 Oktyabr 2022, 22:43

Regionumuzda yaxşı qonşuluq sayəsində tam normallaşma hədəfimizə çata biləcəyimizə inanıram.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada jurnalistlərə açıqlamasında bildirib.

 

Türkiyə lideri Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən danışaraq deyib ki, xüsusi nümayəndələr vasitəsilə danışıqlar davam etdirilir:

 

"İnanıram ki, mehriban qonşuluq münasibətləri əsasında bölgədə tam normallaşma məqsədinə nail ola bilərik".

 

Ərdoğan, həmçinin Avropa Siyasi Birliyi Toplantısının həmrəylik və əməkdaşlıq üçün önəmli platforma olduğunu vurğulayıb.

 

Qeyd edək ki, bu gün Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu