Modern.az

Maliyyə Nazirliyinin iki vəzifəli şəxsi işdən çıxarılıb

Maliyyə Nazirliyinin iki vəzifəli şəxsi işdən çıxarılıb

12 Aprel 2013, 17:25

Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” Qanuna edilən dəyişiklikdən sonra dövlət qulluğunda çalışmanın yuxarı yaş həddinə uyğun olaraq dövlət orqanlarında 65 yaşa çatmış işçilərin siyahısı hazırlanır, ixtisarlar aparılır. Modern.az-ın məlumatına görə, artıq ötən ildən bir sıra dövlət qurumlarında 65 yaşı ötmüş işçilər təqaüdə yola salınıb. Proses bu il də davam etdirilir.

Təhsil Nazirliyindən heç kəs bu il yaş senzi ilə əlaqədar təqaüdə göndərilməyib.  Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadənin saytımıza verdiyi məlumatda belə deyib. Nazirlik rəsmisinin dediyinə görə, 65 yaşına çatdığına görə, işdən azad olunanlar ilin sonunda məlum olacaq. Hələ ki, bu səbəbdən işdən azad olunan yoxdur.

Maliyyə Nazirliyində də 65 yaşlı işçilərin ixtisarı olub. Nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib ki, Əmək Məcəlləsi və “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişikliyə uyğun tədbirlər davam etdirilir. Onun sözlərinə görə, 2013-cü il ərzində yaşı 65-i ötmüş 2 nəfərin Maliyyə Nazirliyi sistemində dövlət qulluğuna xitam verilib. Nazirlik sözçüsü onu da bildirib ki, pensiya yaşına (63 yaş) görə isə işdən çıxan olmayıb. Yəni ümumilikdə bu il iki nəfər təqaüdə yola salınıb.

İqtisadi İnkişaf Nazirliyində isə bu il ərzində 65 yaşına çatdığına görə, işdən azad olunan olmayıb. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Əmək Məcəlləsi və “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişikliyə görə, hələ ki, işdən azad olunacaq 65 yaşlı işçi yoxdur.

Gültəkin Ələsgər 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var