Modern.az

Ruslar Yeni ili qeyd etməyəcəklər

Ruslar Yeni ili qeyd etməyəcəklər

Dünya

7 Oktyabr 2022, 18:01

Bu il Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi Yeni il və Milad tədbirləri keçirilməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə şəhər administrasiyasının saytında məlumat yerləşdirilib.

 

Bildirilib ki, qubernator Aleksandr Beqlov əvvəldən planlaşdırılan şənliklərin ləğvi barədə qərar qəbul edib.

 

"Tədbirlərə sərf ediləcək vəsaitdən məqsədli şəkildə istifadə olunacaq. Əvvəllər Yeni il tədbirlərinin təşkili və keçirilməsinə sərf edilən vəsaitlər indi könüllülər və Rusiya Silahlı Qüvvələrinə səfərbər olanlar üçün əlavə avadanlığın alınmasına yönəldiləcək”, - deyə məlumatda qeyd olunub.

 

Bundan başqa, Nijni Novqorod şəhərində də Yeni il tədbirləri ləğv olunub. Şəhər meri Yuri Şalabaev bildirib ki, tədbirlər üçün nəzərdə tutulan vəsait digər məsələlərlə yanaşı, səfərbər olan vətəndaşların ailələrinə yönəldiləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu