Modern.az

Prezident olmaq istəyənlər qazax dilindən imtahan verəcək

Prezident olmaq istəyənlər qazax dilindən imtahan verəcək

Dünya

8 Oktyabr 2022, 18:57

Qazaxıstan prezidentliyinə namizədlər qazax dilindən imtahan verəcəklər.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, dövlət başçısı olmaq istəyənlər qazax dilində inşa yazıb, çıxış edəcəklər.

 

Onların bilik səviyyəsini ölkənin aparıcı filoloqlarından ibarət Dilçilik Komissiyası qiymətləndirəcək.

 

Noyabrın 20-də keçiriləcək prezident seçkilərində Qazaxıstanın hazırkı rəhbəri Kasım-Jomart Tokayev, Nurlan Auesbayev, Meyram Kajiken, Jiquli Dayrabayev və Karakat Abden öz namizədliklərini irəli sürüblər.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu