Modern.az

Rusiyanın 16 milyon dollarlıq helikopteri vuruldu - VİDEO

Rusiyanın 16 milyon dollarlıq helikopteri vuruldu - VİDEO

Dünya

8 Oktyabr 2022, 21:54

Ukrayna ordusu Rusiyaya məxsus daha bir helikopteri vurub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun 128-ci hücum briqadası özünün "Facebook" səhifəsində məlumat yayıb.

 

Briqada Rusiya ordusunun məhv edilən Ka-52 "Alliqator" helikopterinin qalıqlarının görüntülərini paylaşıb.

 

Qeyd edək ki, "Alliqator" Rusiya ordusunun ən müasir helikopterlərindən biridir. 16 milyon dollar dəyərində olan hava platforması kəşfiyyat, zərbə hədəf təyin etmə üçün istifadə olunur.

 

Akif İsmayılov
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu