Modern.az

Tehran Qafanda baş konsulluğu niyə açıb? - İranlı nazir danışdı

Tehran Qafanda baş konsulluğu niyə açıb? - İranlı nazir danışdı

Dünya

9 Oktyabr 2022, 11:01

İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian ölkəsinin Ermənistanın Qafan şəhərində ilk baş konsulluq açmasından danışıb.

Modern.az-ın məlumatına görə, nazir bildirib ki, Qafanda baş konsulluq iki ölkə arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək və gücləndirmək məqsədilə açılıb.

 

“Bu qərar sayəsində biz yaxın gələcəkdə İran-Ermənistan münasibətlərinin genişlənməsinin və dərinləşməsinin şahidi olacağıq”, - deyə Hüseyn Əmir Abdollahian əlavə edib.

 

Onun sözlərinə görə, İranın 13-cü hökuməti bölgədə iqtisadi siyasəti gücləndirməyi, Şimal-Cənub tranzit yolunun dinamikliyini hədəf seçib.

 

Xatırladaq ki, İran Qafanda baş konsulluğu bu ilin avqustunda açıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi