Modern.az

Almaniya Ukraynaya qış texnikası göndərəcək 

Almaniya Ukraynaya qış texnikası göndərəcək 

9 Oktyabr 2022, 20:44

Almaniya hökuməti Ukrayna üçün növbəti hərbi yardım paketi hazırlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri yazıb.

 

Kiyevin müraciətindən sonra Berlin qarşıdan gələn qış üçün 11 milyon avro dəyərində hərbi texnika çatdırmaq istəyir.

 

Yeni paketə 100 min gödəkçə və digər qış geyimləri, 100 qızdırılan çadır, yüzlərlə mobil enerji generatorları daxildir.

 

"Der Spiegel" qeyd edir ki, ukraynalılar Almaniyadan tank tələb edir, lakin Almaniya kansleri Olaf Şolts hələ də müqavimət göstərir. 

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi