Modern.az

Krım körpüsündə partladılan avtomobil Ermənistandan keçib 

Krım körpüsündə partladılan avtomobil Ermənistandan keçib 

9 Oktyabr 2022, 22:49

Rusiyanı Krım yarımadası ilə birləşdirən körpüdə partladılan yük maşını partlayışdan əvvəl Ermənistan ərazisində olub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Prezident Vladimir Putinə məruzə edən zaman məlumat verib.

 

O bildirib ki, partlayışdan əvvəl yük maşını Bolqarıstan, Gürcüstan və Ermənistan ərazisindən keçib.

 

Bastrıkin Putinə deyib ki, Krım körpüsündə partlayış Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?