Modern.az

Rusiya qisas əməliyyatına BAŞLAYIB

Rusiya qisas əməliyyatına BAŞLAYIB

Dünya

10 Oktyabr 2022, 09:48

Rusiya ordusu Zaporejye şəhərinə hücum edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində Rusiya qoşunlarının hücumundan danışıb.

 

"Rusiya ordusunun hücumu nəticəsində 12 nəfər həyatını itirib, 6-sı uşaq olmaqla 49 nəfər isə yaralanıb", - deyə Zelenski bildirib.

 

Qeyd edək ki, hücum Krım körpüsünün partladılmasının qisası kimi qiymətləndirilir.

 

Ukraynanın cənubundakı Rusiya qüvvələrinin əsas təchizat marşrutu olan Kerç boğazı üzərindəki körpüdə baş verən partlayış nəticəsində 5 nəfər həlak olub. Ukrayna partlayışa görə məsuliyyəti öz üzərinə götürməsə də, Ukrayna rəsmiləri müsbət bəyanatlar yayıblar.

 

19 kilometr uzunluğunda olan körpü həm də Rusiyanın Qara dəniz donanmasının yerləşdiyi Sevastopol limanı üçün əsas təchizat xətti hesab olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi