Kiyevdə bütün metro xətlərində qatarların hərəkəti bərpa edilib.
Modern.az xəbər verir ki, bu barədə paytaxtın meri Vitali Kliçko məlumat verib.
Kliçkonun sözlərinə görə, həmçinin, Teatralnaya-Zoloti Vorota keçid qovşağında da fəaliyyət bərpa olunub.
"Şəhər sakinlərini hava hücumu xəbərdarlığına məhəl qoymamağa və hərbi vəziyyət qaydalarına riayət etməyə çağırıram! Təcili ehtiyac olmadan bu gün şəhərə getməyin", - mer çağırış edib.
O xatırladıb ki, yeraltı metro stansiyaları sığınacaq kimi istifadə edilir.