Keçmiş DTK sədri Vaqif Hüseynovun “Bir ömürdən də çox” xatirə-kitabında Azərbaycanın yaxın tarixi keçmişi ilə bağlı bir sıra hadisələr və şəxsiyyətlərlə bağlı maraqlı məqamlar var. Modern.az saytı generalın memuarındakı ən maraqlı seçmələri oxucuların ixtiyarına buraxır. İlk olaraq “Elçibəylə tet-a-tet” fəslini təqdim edirik. Bu fəsildə V.Hüseynov ötən əsrin son çərəklərində baş verənlərlə bağlı yazır:
“Beləliklə, 1989-cu il, dekabrın ortaları. Mən, Azərbaycan SSR DTK-sının rəhbəri müxalifətin sözsüz lideri, xalq qəhrəmanının canlı təcəssümü, demək olar ki, rəhbəri Əbülfəz Elçibəylə görüşürəm. O özü bu görüşün təşəbbüskarı olub. Elçibəylə sarıdan görüş təklifi lap yerinə düşəndir, mən də şəxsi əlaqə qurmaqdan ötrü fürsəti əldən buraxmaq istəmirəm. Ola bilsin ki, bu görüş bizi daha geniş və daimi dialoqun bərqərar edilməsinə gətirib çıxaracaq. Elçibəylə söhbəti yaddaşıma deyil, işgüzar gündəliyimdəki qeydlərə əsasən bərpa edirəm. Bu gündəlik postsovet dövründən sonrakı həbsimdən və sonsuz məşəqqətlərdən möcüzə ilə qorunub.
Qeyri-rəsmi söhbətimiz Dzerjinski adına klubda keçir, bu məkan öncədən xüsusi hallar üçün məxfi obyektdir.
Nitqin prelüdiyası qeyri-formallara (sovet dövründə yaranmış müxalifyönlü təşkilatlar “qeyri-formal” adlandırılırdı – red.) xas təbliğat klişelər yığınından ibarətdir. Amma, fikrimcə, Elçibəy mənimlə bu görüşə mitinqlərdə dəfələrlə səslənən şeyləri – respublikada pisləşən vəziyyət, Azərbaycan rəhbərliyinin DQMV-nin (Dağlıq Qarabağ Muxtar Vilayəti – red.) öz fikrincə, xəyanətkar siyasəti, əhalinin rifahının pisləşməsi, AXC-nin nüfuzunun artması – demək üçün gəlməyib. Söhbətin vurğusu Mərkəzi Komitənin, onun birinci katibinin nüfuzunun enməsinə vurulur. Birinci katibinin nüfuzsuzluğu və xalqın etibarına malik olmaması haqqında təfsilatlı danışır. O, deyəsən, anlamır ki, xalq hələ onları (AXC-ni – red.) iş başında, Qarabağın xilaskarı rolunda görməyib...
Görüş təşəbbüsünə görə Əliyevə (Elçibəyə – red.) təşəkkür edərək və prinsipcə tənqidi qeydlərin bir qismi ilə razılaşır, onu əsas mövzuya yaxınlaşdırıram: respublikada vəziyyət güc təzyiqi yolu seçmiş Xalq Cəbhəsinin ucbatından pisləşir ki, bunun da demokratiya ilə heç bir əlaqəsi yoxdur. Mövcud informasiyaya istinadən dekabrın sonu – yanvar ayı respublikada xüsusilə gərgin keçəcək. Bilirəm ki, ona, lider kimi asan deyil: AXC kəskin şəkildə radikallaşıb. Radikalizmin vəd etdiyi siyasi dividentlər cəmiyyət üçün, xalq üçün gözlənilməz nəticələrlə müqayisədə heç nədir. O, təhlükəni anlayırmı, görürmü? Təhlükə realdır.
Ə.Elçibəy: Sözsüz ki, müəyyən radikalizm var, amma AXC-yə çoxlu sayda təhsilli, ağıllı insanlar, xüsusilə gənclər, adlı-sanlı alimlər qoşulub. Və məhz onlar hərəkatın intellektual və siyasi simasını müəyyən edir.
Deyirəm ki, onun nikbinliyini bölüşmürəm. Söz düşmüşkən, niyə AXC hakimiyyət uğrunda mübarizədə, deyək ki, Estoniya Xalq Cəbhəsinin üsullarını götürmür? Sonuncular Konstitusiya, sivil, ümumməqbul çərçivələrdə fəaliyyət göstərir?
Ə.Elçibəy: Buna kim etiraz edir ki? Hərəkatda çoxlu gənc var, onlarsa səbirsizdir, məhrumiyyətlərdən, rüşvətxorluqdan hiddətlənib...
Yenə də başladı... Təlqin etmək lazım gələcək. Bizə məlumdur ki, Berlin divarının dağılması ilə əlaqədar bəzi AXC liderləri xalqın birləşməsi adı altında dövlət sərhədinin dağıdılması ideyasını təbliğ edirlər. Onun yoldaşları anlayır ki, Belin divarının dağıdılması dünya, ümumavropa, o cümlədən Qərb-Şərq prosesləri ilə hazırlanmış siyasi aktdır və bu problemin həllinə superdövlətlər cəlb edilib?
– Sizin adamlar sovet-İran sərhədinə çıxmaq niyyətindədirlər. Heç bir ölkə kütlələrə ümumməqbul qaydanı pozmağa imkan verə bilməz. Sərhəd mühafizə olunur. Bütün bunlar respublikaya, AXC-yə qarşı istifadə oluna bilər.
Ə.Elçibəy: Bu aksiyanın miqyasları bilərəkdən şişirdilir, o cümlədən Moskvanın təsiri altında DTK agenturası tərəfindən. Xalqın birləşmək istəyinə qarşı çıxmaq olmaz. Qurbanlara gəlincə, istənilən hərəkat buna hazır olmalıdır. Azadlıq qurban tələb eləyir. Dünya təcrübəsi də buna sübutdur. Odur ki nə bizi, nə də Azərbaycan xalqını qorxutmaq lazım deyil.
– Deyəsən, biz ayrı-ayrı dillərdə danışırıq. Yalnız bunu demək istəyirəm ki, dünya birliyi xoşbəxtlikdən XX əsrin sonuna qurban probleminə başqa cür yanaşır.
Ə.Elçibəy: DTK imperiyaya, Moskvaya xidmət edir, xalqa qarşı çıxır. Eyni zamanda DTK-da ləyaqəyli, həqiqi vətənpərvərlər çoxdur. Mən həmişə öz yoldaşlarıma demişəm ki, DTK-da mənim işimi ziyalı, savadlı adamlar aparıblar.
– Bunu da bilmək lazımdır ki, DTK-da ilk növbədə, təcrübəli peşəkarlar toplaşıb və onlar mümkün gərginləşmədən çox narahatdırlar. Məlumatlar var ki, AXC dövlət hakimiyyəti strukturlarına təzyiqi artırmağı nəzərdə tutur: yerli hakimiyyət orqanlarının blokadaya alınması, bəzi adamlarsa hakimiyyət nümayəndələrinə divan tutulmasını planlaşdırır. Siz hərəkat rəhbəri kimi təkcə ziyalı, təhsilli tərəfdarlarınızın deyil, radikalların, ekstremistlərin hərəkətlərinə də məsuliyyət daşıyırsınız. Yadda saxlayın ki, təhlükəsizlik orqanları qanun çərçivəsində qanunu tapdalayan, ictimai asayişi pozanlara qarşı gərəkli tədbirlərin görülməsini istisna etmir.
Elçibəy təxəllüsü ilə fəaliyyət göstərən bir adam nəyə nail olmaq istəyir? Onun qurban tələb edən azadlıq haqında söylədiyi nə məna verir? Qan tökmə hazırlığı, yoxsa bu romantikadır, ya da inqilabın tələbi? Yəqin ki, hər ikisi.
Başqa bir xadimə bir-iki dəfə mavi ekranda görünmək yetir ki, başı gicəllənsin. Burdasa onu ideoloji ekstaz böhranında insan dənizi salamlayır. O, heç də uşaq deyil, bu Əbülfəz Elçibəy, göründüyü kimi romantik də deyil. Onun xəyalpərvər gənclərdən ibarət bəzi tərəfdarları mikrorayondakı mənzilində Siyasi Büro üzvü Heydər Əliyevlə Atatürkin portretlərinin yanaşı durmasına təəccüblənirlər. Maraqlıdır, öz tərəfdarlarına o bu qəribə qonşuluğu necə izah edəcək?
Mərkəzi Komitənin rəhbərliyində bu yeni peyda olmuş Xilaskarın tarixi-yerlibaz incəliklərini vecinə alan yoxdur. Buna niyə də heyrətlənəsən — Moskvada yeni yaranan demokratiyanın ümumməqbul avtoritetləri yenidənqurmanın kiçik səs-küyü altında Boris Yeltisinin avtoriteti altında məharətlə gizləniblər, həm də milli inqilabçı qismində. Pis deyil. Xalq yeni qəhrəmanı qəbul edib. Amma bu komik qiyafə dəyişmədə bir siyasətçinin romantizmlə pərdələnmiş düşünülmüş niyyət var.
– Bunu insanlara necə izah edəsən?
Moskvadan yenicə qayıtmış Vəzirov bu sualı təkcə bizdən də çox, özünə verir. O, bir şeyə əmin olub: Ermənistanın blokadaya aldığı və öz törəməsi olan AXC ucbatından soyuqdan və aclıqdan ümidsiz hala düşmüş Naxçıvan Muxtar Respublikası zəkalılıqdan başqa, nəyə desən hazırdır. DQMV-dən, sərhədyanı rayonlardan gələn xəbərlər vəziyyətin pisləşdiyini xəbər verir: təhdidli durum yaranıb.
Modern.az