Kiyev ABŞ-dan yeni silah növləri, o cümlədən “Atacms” taktiki ballistik raketlər və dördüncü nəsil F-15 və F-16 döyüş təyyarələri göndərilməsini xahiş edib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar prioritet məsələ kimi Ukraynaya NASAMS zenit-raket kompleksləri də tədarük etməlidir.
Qeyd edək ki, Ukraynanın istədiyi "Atacms" raketləri 322 kilometr məsafədəki obyektləri vurmaq imkanına sahibdir.
Onu da xatırladaq ki, ABŞ prezidenti Co Bayden oktyabrın 10-da ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı zamanı Vaşinqtonun Kiyevə hərbi yardımı davam etdirmək, o cümlədən hava hücumundan müasir müdafiə sistemləri vermək niyyətində olduğunu bəyan edib.