Modern.az

Putinlə Zelenskinin eyni tədbirə gedəcəyi TƏSDİQLƏNDİ

Putinlə Zelenskinin eyni tədbirə gedəcəyi TƏSDİQLƏNDİ

Dünya

11 Oktyabr 2022, 16:48

İndoneziyanın xarici işlər naziri Retno Marsudi Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskinin Balidə keçiriləcək G20 sammitində iştirak edəcəklərini rəsmən təsdiqləyib.


Modern.az xəbər verir ki, bu barədə TASS İndoneziya mənbələrinə istinadən məlumat yayıb.


İndoneziyanın xarici işlər naziri, həmçinin vurğulayıb ki, "hazırkı dünya vəziyyəti qeyri-sabitdir" və onun rəhbərlik etdiyi nazirlik iki dövlətin başçısı ilə bu mövzuda müzakirə aparmağa çalışır.


Qeyd edək ki, sammit 15-16 noyabrda İndoneziyanın Bali adasında keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi