Modern.az

Vəfa Quluzadə: “Strateji tərəfdaşlıq” ifadəsi o qədər sürtülüb ki,..”- ŞƏRH

Vəfa Quluzadə: “Strateji tərəfdaşlıq” ifadəsi o qədər sürtülüb ki,..”- ŞƏRH

Ölkə

15 Aprel 2013, 13:25

“Rusiya-Azərbaycan münasibətləri göründüyü kimi deyil”


“Rusiya ilə Azərbaycan əlaqələri normaldır. Dəyişən heç nə yoxdur. Əvvəl necə olubsa, indi də elədir”. Bu fikirləri politoloq Vəfa Quluzadə prezident İlham Əliyevin “Rossiya-24” telekanalına verdiyi müsahibədə Rusiya ilə bağlı səsləndirdiyi fikirləri Modern.az-a şərh edərkən bildirib.

V.Quluzadənin sözlərinə görə, Rusiya-Azərbaycan münasibətləri göründüyü kimi deyil. Ölkələr arası münasibətlərdə dəyişiklik hiss olunmur:

“Rusiya-Azərbaycan əlaqələri necə var elə də davam edir. Mən inanmıram ki, bu əlaqələrə bir təsir olacaq. Ona görə konkret heç bir şey deyilmir. Rusiyanın arzusu budur ki, Azərbaycan gəlib Gömrük ittifaqına qoşulsun. Bizim əlaqələrimiz Rusiya ilə həmişə yaxşı olub. Azərbaycan hakimiyyəti həmişə Rusiyaya xoş məram nümayiş etdirib və gələcəkdə də edəcəkdir. Burada münasibətlərdə dəyişiklikdən danışan, söz verən heç nə olmayıb. Strateji tərəfdaşlıq ifadəsi o qədər sürtülüb ki, heç ona fikir verməyə dəyməz. Bu dəqiqə Azərbaycanın Rusiya da, Amerika da, Türkiyə də, Fransa da strateji tərəfdarıdır”.-deyə politoloq şərh edib.

V.Quluzadə hesab edir ki, bəzi rus politoloqların Azərbaycanla bağlı sərt fikirlərini siyasi müstəviyə keçirmək doğru deyil.

“Mən hesab edirəm ki, Rusiya ilə Azərbaycan əlaqələri normaldır. Dəyişən heç nə yoxdur. Əvvəl necə olubsa, indi də elədir. Sadəcə olaraq mətbuatda bəzi politoloqlar tərəfindən soyuq münasibətlər nümayiş etdirilirsə bunu siyasi müstəviyə keçirmək lazım deyil. Əgər medianı nəzərə almasaq, ikitərəfli münasibətlərdə qətiyyən narahatlıq doğurmurdu və doğurmur”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın “Rossiya-24” telekanalına müsahibə verib. Ölkə başçısı müsahibəsində ölkələr arasındakı münasibətlərə toxunub. Prezident müsahibədə həmçinin Qəbələ RLS-lə bağlı məsələyə də aydınlıq gətirib.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir