Modern.az

ABŞ ilə Səudiyyə arasında Rusiya QALMAQALI

ABŞ ilə Səudiyyə arasında Rusiya QALMAQALI

Dünya

11 Oktyabr 2022, 23:20

ABŞ-ın Səudiyyə Ərəbistanı ilə silah ticarətini dayandırması üçün Senata yeni qanun layihəsi təqdim edilib.

 

Modern.az xəbər verir ki, bu barədə senator Riçard Blumental bildirib.

 

Qanun layihəsi OPEC+ təşkilatının noyabr ayından neft hasilatını sutkada 2 milyon barel azaltmaq qərarından sonra hazırlanıb.

 

"Bu təxirəsalınmaz addım, ABŞ-ın tarixi bir anda Rusiyanın tərəfinə keçmək kimi alçaldıcı və dağıdıcı səhvindən sonra Səudiyyə Ərəbistanına silah satışını dayandıracaq", - Blumental qeyd edib.

 

Senator əlavə edib ki, Səudiyyə Ərəbistanı neft hasilatını azaltmaq qərarından dönməlidir. Onun sözlərinə görə, ABŞ Rusiya ilə əməkdaşlıq edən ölkəyə silah sata bilməz.

 

Xatırladaq ki, sentyabrın 5-də OPEC+ noyabr ayından neft hasilatını sutkada 2 milyon barel azaltmağa qərar verib. ABŞ prezidenti Co Bayden qərarı tənqid edib. Bayden qısa müddətdə strateji neft ehtiyatından əlavə 10 milyon barelin noyabr ayında bazara çıxarılmasına qərar verib.

 

Ağ Ev, həmçinin ABŞ-ın Səudiyyə Ərəbistanı ilə münasibətlərə yenidən baxmağa hazırlaşdığını bildirib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi