Modern.az

Müharibəyə yalnız Tramp son qoya bilər - BAŞ NAZİR

Müharibəyə yalnız Tramp son qoya bilər - BAŞ NAZİR

Dünya

12 Oktyabr 2022, 00:51

Ukraynada müharibəyə son qoya biləcək şəxs ABŞ-ın keçmiş prezidenti Donald Trampdır. 

 

Modern.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.

 

Berlində keçirilən tədbirdə çıxış edən Orban vurğulayıb ki, sülh danışıqları Ukrayna ilə Rusiya arasında deyil, ABŞ və Rusiya arasında təşkil olunmalı, danışıqları Amerika tərəfdən Tramp aparmalıdır.

 

Baş nazir qeyd edib ki, Co Bayden Rusiya Prezidenti Vladimir Putinə qarşı ittihamları ilə "həddindən artıq irəli gedib" və onu "müharibə cinayətkarı" adlandırıb: "Buna görə Bayden üçün sülh bağlamaq çətin olacaq. Bu, sərt səslənəcək, lakin ümid Donald Trampadır”.

 

Orban Avropa İttifaqının Rusiya Federasiyasına qarşı sanksiyalarını tənqid edərək, onları primitiv və fəlakətli adlandırıb. Onun fikrincə, sanksiyalar “ağıllı şəkildə” tətbiq edilməlidir. 

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi