Modern.az

Bayden Putini məsuliyyətsiz adlandırdı

Bayden Putini məsuliyyətsiz adlandırdı

Dünya

12 Oktyabr 2022, 10:12

ABŞ prezidenti Co Bayden Kremlin rəhbəri Vladimir Putinin Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə edəcəyinə şübhə edir.

 

Modern.az xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində danışıb.

 

"Mən onun bunu edəcəyini düşünmürəm. Dünyanın ən böyük nüvə güclərindən birinin Ukraynada taktiki nüvə silahından istifadə edə biləcəyini söyləməsini məsuliyyətsizlik hesab edirəm", - Bayden bildirib.

 

Bayden hətta Putinin təhdidlərinin sabitliyi pozan təsirə malik olduğunu deyərək, mühakimə zamanı yarana biləcək potensial səhvlər barədə xəbərdarlıq edib:

 

"Yalnız demək istədiyim odur ki, bu, dəhşətli nəticəyə gətirib çıxara bilər. Həm də ona görə deyil ki, kimsə bunu dünya müharibəsinə və ya buna bənzər bir şeyə çevirmək niyyətindədir. Sadəcə olaraq sizin nüvə silahı tətbiq etdikdən sonra, edilə biləcək səhvlər, səhv hesablamalar nəticəsində nələr olacağını təsəvvür etmək çətin deyil”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi