Modern.az

Gürcüstan BMT İnsan Hüquqları Şurasına üzv seçildi

Gürcüstan BMT İnsan Hüquqları Şurasına üzv seçildi

Dünya

12 Oktyabr 2022, 10:24

Gürcüstan BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində 2023-2025-ci illər üzrə təşkilatın İnsan Hüquqları Şurasına üzv seçilib.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili "Facebook" hesabında yazıb.

 

XİN başçısı ölkəsini BMT-nin İnsan Hüquqları Şurasına seçən hər kəsə təşəkkürünü bildirib və qeyd edib ki, Gürcüstan digər ölkələrlə sıx əməkdaşlıq edərək bütün dünyada insan hüquqlarının müdafiəsinin keyfiyyətinin yüksəldilməsinə çalışacaq.

 

Qeyd edək ki, Gürcüstan ikinci dəfədir BMT-nin İnsan Hüquqları Şurasına üzv olur. Qonşu ölkə ilk dəfə olaraq 2016-cı ildə Şuraya üç il müddətinə üzv seçilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi