Modern.az

Əli Kərimli seçkilərdə Eldar Namazovun xeyrinə geri çəkilə bilər

Əli Kərimli seçkilərdə Eldar Namazovun xeyrinə geri çəkilə bilər

15 Aprel 2013, 14:29

Azərbaycanda prezident seçkilərinə 6 aydan az vaxt qalsa da, ölkənin aparıcı müxalifət partiyası olan AXCP-nin hələ də öz namizədini açıqlamaması müxtəlif söz-söhbətlərin yaranmasına gətirib çıxarır. Xüsusən də AXCP-nin namizədinin iyunda açıqlayacağını bəyan etməsi partiyanın seçkilərdə iştirakını şübhə altında qoyur.

Hətta belə məlumatlar gəzir ki, Əli Kərimli prezident seçkilərinə qatılmayacaq və “El” hərəkatının lideri Eldar Namazovu dəstəkləyəcək.

Məsələ ilə bağlı AXCP Ali Məclisinin sədri Həsən Kərimov Modern.az-a açıqlama verib. Partiya funksioneri bildirib ki, AXCP seçkilərə qatılacaq və hazırda bu istiqamətdə işlərə başlayıb.

“Biz bəyan edirik ki, AXCP prezident seçkilərinə qatılacaq. Hazırda seçkilərlə bağlı partiyada hazırlıq işləri gedir. Bunlar şayiədən başqa bir şey deyil. Nəinki AXCP-də, eləcə də ölkədə prezidentliyə ən real namizəd  Əli Kərimlidir”.

H.Kərimov həmçinin Əli Kərimlinin Eldar Namazovun xeyrinə geri çəkiləcəyi haqda məsələyə aydınlıq gətirib.

“Bəri başdan bu haqda danışmaq olmaz. Yadınızdadırsa, Əli bəy belə çıxış elədi ki, “məndən daha şanlı namizəd olarsa, mən hakimiyyətə qalib gəlmək naminə geri çəkilməyə hazıram”. Bütün namizədlər müəyyənləşəndən sonra bu məsələlərə baxılacaq. Burada Eldar Namazov, İsa Qəmbər və Əli bəy də var”.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir