Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkədə yeni səfərbərlik gözləntilərilə bağlı sualı cavablandırıb.
Modern.az TASS-a istinadən xəbər verir ki, Kremlin sözçüsü mediaya açıqlamasında “yeni səfərbərlik dalğası yoxdur", - deyə bildirib.
Onun sözlərinə görə, səfərbərlik sisteminin işində hər kəs səhvləri və çatışmazlıqları görüb, indi bu mexanizmin qaydaya salınması üçün tədbirlər görüləcək.
Bundan əlavə, Peskov səfərbərlik sisteminin modernləşdirilməsinin Təhlükəsizlik Şurasının iclaslarında müzakirə olunub-olunmaması ilə bağlı suala cavab olaraq, “bu sistemin işində müəyyən səhvlər və çatışmazlıqlar təkcə mütəxəssislər tərəfindən deyil, hamı tərəfindən nəzərə alınıb”, - deyib.