Modern.az

“Eldar Namazov prezidentliyə namizəd kimi güclü rəqib deyil” - AÇIQLAMA

“Eldar Namazov prezidentliyə namizəd kimi güclü rəqib deyil” - AÇIQLAMA

Ölkə

15 Aprel 2013, 16:36


“Azərbaycan müxalifətində prezident seçkilərində qalib gələ biləcək namizəd yoxdur”. Bunu Modern.az saytına Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib. Partiya sədrinin sözlərinə görə, seçkilərə sayılı aylar qalmasına baxmayaraq, müxalifət liderləri arasında parçalanma onlara baha başa gələcək.

ADP sədri həmçinin qeyd edib ki, hər yerindən duran şəxsin “mən də namizəd olacağam” deməsi gülməli görünür.   “Əvvəla hər kəs “namizəd olacağam” deyə bilər. Amma hər namizəd də qeydiyyatdan keçməyəcək. Tələsmək lazım deyil. Faktiki olaraq müxalifətdə qələbəyə aparacaq real namizəd yoxdur. Bu reallıqdır. Biz buna görə, deyirdik ki, müxalifət bir yerdə olsa, yaxşıdır. İndki halda seçkilərdə müxalifətin qazanacağı səslər dağılacaq”.

S.Cəlaloğu daha sonra “El” hərəkatının lideri Eldar Namazovun namizədliyi məsələsinə toxunub. O, qeyd edib ki, Eldar Namazov müxalifətin ən güclü namizədi deyil. ADP sədri hətta Eldar Namazovun Rusiyadan dəstək almasının mümkün olduğunu deyib.

“Mən bunu tamamilə yanlış fikir hesab edirəm. Namizədin reallığı üçün bir çox faktorlar lazımdır. İlk növbədə onun imici, təşkilatçılıq qabiliyyəti  digərlərindən üstün olmalıdır. Bu baxımdan mən Eldar Namazovu şanslı namizəd kimi görmürəm. Ola bilər ki, Rusiya Eldar Namazovu dəstəkləsin. Onsuz da biz Rusiyadan uzaqlaşma xətti götürmüşük. Amma bu qüvvələrin demokratik yolla qalib gələcəyinə inanmıram”.   

Anar RÜSTƏMOV


Sizə yeni x var
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir