Modern.az

Çexiya rusların ölkəyə girişinə qadağa qoydu

Çexiya rusların ölkəyə girişinə qadağa qoydu

12 Oktyabr 2022, 19:25

Çexiya turist vizası olan rusların ölkəyə girişinə qadağa qoyacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski məlumat verib.

 

Qadağa oktyabrın 25-dən tətbiq ediləcək.

 

"Turizm, idman və ya mədəniyyət məqsədi ilə Avropa İttifaqının hər hansı bir ölkəsi tərəfindən verilmiş Şengen vizası olan Rusiya Federasiyası vətəndaşlarının ölkəyə daxil olmasına icazə verilməyəcək", - Lipavski bildirib.

 

Nazirin sözlərinə görə, hər gün 200-ə qədər Rusiya vətəndaşı beynəlxalq hava limanı vasitəsilə Çexiyaya səfər edir.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI