“Avropa İttifaqı və ABŞ Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına müdaxilə etməyə çalışır”.
Modern.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
O, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının əsasını Rusiya prezidentinin şəxsi vasitəçiliyi ilə əldə olunan üçtərəfli razılaşmalar təşkil etdiyini bildirib.
“Biz görürük ki, qeyri-regional oyunçular, xüsusən də Avropa İttifaqı və ABŞ bu işə müdaxilə etməyə çalışırlar, lakin onlar əsasən bizim nailiyyətlərimizdən istifadə edirlər. Bizim ən fəal iştirakımızla 2020 və 2021-ci illərdə fundamental razılaşmalar əldə olunub”, - Rusiya rəsmisi vurğulayıb.