Modern.az

Qrossi Moskvadan Kiyevə getdi

Qrossi Moskvadan Kiyevə getdi

12 Oktyabr 2022, 20:23

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru Rafael Qrossi Ukraynaya səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında məlumat yayıb.

 

Qrossi bildirib ki, Zaporojye Atom Elektrik Stansiyasının ətrafında nüvə təhlükəsizliyi və təhlükəsiz mühafizə zonasının yaradılması üzrə işlər davam edir.

 

Bundan əvvəl Qrossi Rusiyaya səfər edib. O, Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putin ilə görüşüb.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?