Rusiya prezidenti Vladimir Putin Qazaxıstanda Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani ilə görüşəcək.
Modern.az xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.
"Bu, pandemiyanın başlanmasından sonra ilk üz-üzə görüş olacaq, ona görə də çox vacibdir", - Uşakov deyib.
Liderlər sonuncu dəfə 2019-cu ildə Düşənbədə görüşüb. Tərəflərin qaz tədarükünü müzakirə edəcəyi bildirilir.
Qeyd edək ki, bundan əvvəl Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşüb.
Akif İsmayılov