Modern.az

Kanada Kiyev üçün yeni hərbi yardım ayırdı

Kanada Kiyev üçün yeni hərbi yardım ayırdı

12 Oktyabr 2022, 22:46

Kanada hökuməti Ukrayna üçün yeni hərbi yardım paketini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Anita Anand məlumat yayıb.

 

Yeni hərbi yardım paketinin həcmi 47 milyon Kanada dollarıdır. Paketə artilleriya mərmiləri, peyk rabitə sistemləri, qış geyimləri və pilotsuz uçuş aparatları üçün kameralar daxildir.

 

Qeyd edək ki, bu gün 50-dən çox Qərb ölkəsi Ukraynaya daha çox silah, xüsusilə hava hücumundan müdafiə sistemi göndərmək üçün bir araya gəlib.

 

Kanada tərəfindən bildirilib ki, Ukrayna qüvvələrinə təlim keçmək üçün Polşaya 40 hərbçi göndəriləcək.

 

 ​​​​​​Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI