Türkiyə ordusunun hərbi qulluqçusu İraqda şəhid olub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində çavuş rütbəli hərbçinin əldəqayırma bombanın partlaması nəticəsində ağır yaralandığı bildirilir.
Yaralı hərbçi xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.