Modern.az

Putin Astanada Japarovu Rəhmonla GÖRÜŞDÜRƏCƏK

Putin Astanada Japarovu Rəhmonla GÖRÜŞDÜRƏCƏK

13 Oktyabr 2022, 08:52

Oktyabrın 13-də Qazaxıstanın Astana şəhərində Qırğızıstan prezidenti Sadır Japarov, Rusiya lideri Vladimir Putin və Tacikistan dövlət başçısı Emoməli Rəhmonun üçtərəfli görüşü keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat katibi Erbol Sultanbayev bildirib.

 

Onun sözlərinə görə, görüş zamanı Qırğızıstan-Tacikistan dövlət sərhədində mövcud problemli məsələlərin müzakirəsi planlaşdırılır.

 

Üçtərəfli görüş Rusiya lideri Vladimir Putinin təşəbbüsü ilə təşkil olunacaq. O, Qırğızıstan və Tacikistan arasında sərhəd məsələlərinin həllinə kömək etməyə hazır olduğunu bəyan edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?