Modern.az

Hədəfimiz Ukraynada axan qanı dayandırmaqdır - Ərdoğan

Hədəfimiz Ukraynada axan qanı dayandırmaqdır - Ərdoğan

13 Oktyabr 2022, 10:25

"Hədəfimiz Ukraynada axan qanı dayandırmaqdır. Ona görə də Rusiya-Ukrayna müharibəsi ədalətli sona çatmalıdır.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada keçirilən Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) 6-cı Zirvə Toplantısında bildirib.

 

Ərdoğan qeyd edib ki, məqsəd sahədəki çətinliklərə baxmayaraq əldə edilən sürəti qoruyub saxlayaraq, axan qanların ən qısa zamanda dayandırılmasını təmin etməkdir.

 

Prezident sammitdə dünyaya müraciət edərək, Rusiya-Ukrayna müharibəsində ədalətli sülhün təmin edilməli olduğunun vacibliyini vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI