Modern.az

Azərbaycanda 3014 uşaq şikayət etdi

Azərbaycanda 3014 uşaq şikayət etdi

15 Aprel 2013, 17:14

 

“2010-cu il fevralın 18-dən bu günə kimi Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə 5700-dən çox müraciət daxil olub. 2012-ci ildə isə xidmətə 3014 müraciət daxil olub”. Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinin rəhbəri Gülnar Ağayeva deyib. O, qeyd edib ki, Uşaq Qaynar Xətt Xidmətinə əsasən yeniyetməlik yaş qrupunu əhatə edən uşaqlar zəng edir. Bu da onların sırf yaş dövrü ilə əlaqəli məsələləridir. “Yeniyetməlik böhranlı dövrdür. Bu yaş dövründə olan yeniyetməliyin xarakterində müəyyən dəyişiklik, aqressiv münasibətlər, eyni zamanda özlərini böyümüş hiss etmələri və valideynlərin gözündə hələ də uşaq kimi görüsmələri onları çox narahat edir narahat edən məsələlərdən birinə çevrilir. Demək olar ki, 14-17 yaş dövründən uşaqlar bu səbəbdən daha çox müraciət edirlər. Onların şikayətlərində ailədaxili problemlər, intiharla, uşaq fobiyaları, tənhalıq problemi, eyni zamanda mövcud problemlər olur”.

G. Ağayeva qeyd edib ki, qaynar xəttə uşaqlardan daha çox valideynlər müraciət edir. O, eyni zamanda digər problemlərlə bağlı da müraciətlər daxil olduğunu və bununla bağlı müvafiq orqanlara məlumat verildiyini bildirib. “Xidmət yarandığı gündən valideynlərin müraciəti olub. Bu uşaqların problemləri ilə bağlı hər bir kəs, nəinki valideyn, onun qəyyumu, tərbiyəçisi, dayəsi də müraciət edə bilər. Uşaq problemləri ilə əlaqədar hər bir kəs müraciət edə bilər. Eyni zamanda bizə müraciətlər olunurkən gizlilik saxlanılır. Qaynar xəttin psixoloqu ilə uşaq nə danışırsa, bu onların arasında qalır. Amma qaynar xətt xidməti əməkdaşları tərəfindən uşağın təhlükəsizliyinin qorunmadığı hiss olunursa o zaman müvafiq orqana məlumat verilir və ya uşağın razılığı ilə yönləndirilir”.

Gülnar Ağayeva bu cür halların çox vaxt müşahidə olunduğunu vurğulayıb. “Ümidli Gələcək Gənclər Təşkilatının Zorakılığa məruz qalmış uşaq və gənclər üçün sosial reabilitasiya mərkəzi, Uşaq və gənclərin sosial reabilitasiya mərkəzi və Uşaq hüquqları klinikası fəaliyyət göstərir. Bəzən uşağa hər hansı zorakılıq halı baş verir, bu qaynar xətt xidmətinin əməkdaşları tərəfindən səbəblər araşdırılır və bununla bağlı təcili olaraq tədbirlər həyata keçirilir. Əgər bu zorakılıq halı ailədə baş verirsə, ailə hal-hazırda uşaq üçün təhlükəli yerdir və həmin uşaq Zorakılığa məruz qalmış uşaq və gənclər üçün sosial reabilitasiya mərkəzinə yönləndirilir. Ailə və uşaq birlikdə reabilitasiya olunur və hüquqi baxımdan müvafiq tədbirlər həyata keçilir”.

Xidmət rəhbəri qeyd edib ki, uşaqların zənglərindən valideynlər çox vaxt xəbərdar olur. “Əgər uşağın valideynləri ilə bağlı problemləri varsa psixoloq çalışır ki, uşaqla bərabər valideynlə də danışılsın. Təbii ki, burada uşağın razılığı mütləq şəkildə həyata keçirilir. Uşaq bizə etibar edib zəng edirsə biz onun etibarını sarsıda bilmərik. Amma öz ixtisasının peşəkarı olan əməkdaşlar tərəfindən uşaqlar başa salınır ki. onunla yanaşı valideynlə də iş getməlidir. Uğurlu nəticə almaq üçün birgə iş faydalıdır”.

 

 

Aytən Əliyeva  
Whatsapp
Bizə yazın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir