Xəbər verildiyi kimi, Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısına bir gün öncə gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Qazaxıstanda bir sıra tədbirlərə qatılıb.
Ərdoğan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə tennis də oynayıb.
Tokayev və Ərdoğan ilk dəfə may ayında Qazaxıstan prezidentinin Türkiyəyə dövlət səfəri zamanı stolüstü tennis oynamışdılar.
Qeyd edək ki, Kasım-Jomart Tokayev bundan əvvəl 13 il Qazaxıstan Stolüstü Tennis Federasiyasının prezidenti olub. Dövlət başçısı bu idman növünün böyük həvəskarı olduğu bildirilir.
Modern.az prezidentlərin dünənki oyunundan videonu təqdim edir: