Modern.az

NATO Ukraynaya dəstəyi ARTIRIR

NATO Ukraynaya dəstəyi ARTIRIR

Dünya

13 Oktyabr 2022, 12:00

"Biz dəstəyimizi artıracağıq, xüsusən də Ukraynaya daha çox hava hücumundan müdafiə sistemi təqdim edəcəyik".

 

Modern.az UNİAN-a istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq Brüsseldə Alyansa üzv ölkələrin müdafiə nazirlərinin görüşü çərçivəsində ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə birgə brifinqdə deyib.

 

"Mən ABŞ-ın Ukraynaya göstərdiyi misli görünməmiş dəstəyi, eləcə də avropalı müttəfiqlər, Kanada və tərəfdaşlarının Ukraynaya göstərdiyi misilsiz dəstəyi alqışlayıram. Həm də inanıram ki, bu, NATO müttəfiqləri və tərəfdaşlarının verdiyi çox mühüm mesajdır. Biz Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunda lazım olduğu qədər Ukraynanın tərəfində olacağıq”, - Stoltenberq bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI