Modern.az

18 milyon ukraynalının köməyə ehtiyacı var

18 milyon ukraynalının köməyə ehtiyacı var

Dünya

13 Oktyabr 2022, 17:32

Rusiyanın Ukraynaya təcavüzü səbəbindən 17,7 milyon vətəndaşın köməyə ehtiyacı olduğu halda, 2022-ci ildə yalnız 13 milyondan bir qədər çox ukraynalı humanitar yardım alıb.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin Ukraynadakı Humanitar Hüquqların Koordinasiyası İdarəsi yayıb.

 

"13,4 milyon ukraynalı artıq müxtəlif operatorlardan 2,9 milyard dollar məbləğində humanitar yardım alıb. Bu, ümumi ehtiyacın 67%-ni təşkil edib", - məlumatda deyilir.

 

Bildirilir ki, müharibədən zərərçəkən insanların ehtiyaclarını ödəmək üçün gələn il ən azı 4,3 milyard dollara ehtiyac olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI