Modern.az

Donbasda ABŞ vətəndaşı öldürülüb - FOTO

Donbasda ABŞ vətəndaşı öldürülüb - FOTO

Dünya

13 Oktyabr 2022, 19:14

Donbasda daha bir ABŞ vətəndaşı öldürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə CNN ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.

 

Department hələlik şəxsin ölümünün səbəblərini, habelə vətəndaşın şəxsi məlumatlarını açıqlamayıb.

 

“Biz ailə ilə əlaqə saxlayırıq və bütün lazımi yardımı göstəririk. Ailənin şəxsi həyatına hörmət edərək, bu çətin zamanda əlavə məlumat vermirik”, - Dövlət Departamentinin sözçüsü bildirib.

 

“Washington Post”un məlumatına görə, həlak olan şəxs ABŞ ordusunda xidmət edən və İraqda döyüşən Aydaho ştatından olan 34 yaşlı Deyn Patricdir. 

 

Qeyd olunub ki, o, müharibə başlayandan bəri Ukraynada öldürülən 8-ci ABŞ vətəndaşıdır.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI