Modern.az

Rusiyanın raket hücumları ilə bağlı cinayət işi açılacaq 

Rusiyanın raket hücumları ilə bağlı cinayət işi açılacaq 

Dünya

13 Oktyabr 2022, 19:36

Ukrayna Baş Prokurorluğu Rusiyanın bu həftə Kiyev və digər şəhərləri bombardman etməsi ilə əlaqədar cinayət işi açacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanla birgə mətbuat konfransında iştirak edən Ukrayna baş prokuroru Andriy Kostin bildirib.

 

O, raket zərbələrini Rusiyanın “klassik terror aktı” adlandırıb.

 

Baş prokurorun sözlərinə görə, Rusiya Ukraynaya 112-dən çox raket zərbəsi endirib. Zərbələr 17 nəfərin ölümünə və 93 nəfərin yaralanmasına səbəb olub.

 

"Rusiyanın qəsdən hücumlarının məqsədi mülki əhalinin ölümünə səbəb olmaq, mülki infrastrukturu məhv etmək, elektrik və istilik çatışmazlığı ilə humanitar fəlakətə səbəb olmaqdır", - Kostin bildirib. 

 

Onun sözlərinə görə, hər bir ölüm, yaralanma və ya zədələnmiş bina sənədləşdiriləcək, faktlarla bağlı cinayət işi açılacaq.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI