Modern.az

Daha bir ölkə Ukraynaya müdafiə sistemləri göndərir 

Daha bir ölkə Ukraynaya müdafiə sistemləri göndərir 

Dünya

13 Oktyabr 2022, 20:12

İspaniya Ukraynaya hava hücumundan müdafiə sistemləri verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı yazıb.

 

Bildirilir ki, Ukraynaya 4 ədəd "Hawk" hava hücumundan müdafiə sistemləri göndəriləcək. Sistemlər havadan gələn təhdidlərin qarşısını almaq üçün nəzərdə tutulub.

 

Qeyd edək ki, Rusiyanın Kiyev və digər Ukrayna şəhərlərinə kütləvi hücumlarından sonra Qərb dövlətləri Ukraynaya hava hücumundan müdafiə sistemləri tədarükünü artırmağa qərar verib. Almaniya söz verdiyi IRIS-T hava hücumundan müdafiə sistemlərinin ilk partiyasını artıq təhvil verib. ABŞ və Britaniya isə tezliklə yeni sistemlərin tədarük ediləcəyini elan edib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI