Modern.az

Avropa raket əleyhinə müdafiə qalxanı yaradır

Avropa raket əleyhinə müdafiə qalxanı yaradır

13 Oktyabr 2022, 22:41

Almaniya və NATO-ya üzv olan 13 ölkə Ümumavropa hava hücumundan müdafiə sistemi yaratmaq üçün bəyannamə imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

 

Agentliyin məlumatına görə, Şimali Atlantika Alyansı ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşü çərçivəsində Almaniyanın müdafiə naziri Kristin Lambrext və onun həmkarları “Avropa Qalxanı” təşəbbüsü ilə bağlı bəyannamə imzalayıblar. 

 

Təşəbbüs Avropa hava hücumundan müdafiə sistemindəki boşluqları aradan qaldırmağa kömək etməlidir.

 

Hazırda Avropada ballistik raketlərdən, pilotsuz uçuş aparatlarından və qanadlı raketlərdən müdafiə ilə bağlı bəzi problemlər var. Vahid hava hücumundan müdafiə sisteminin yaradılması Ukrayna hadisələri nəticəsində təhlükəsizlik sahəsində vəziyyətin dəyişməsi ilə bağlıdır. 

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI