Modern.az

Akardan Ukrayna açıqlaması: Türkiyə həlledici rol oynayır

Akardan Ukrayna açıqlaması: Türkiyə həlledici rol oynayır

14 Oktyabr 2022, 14:02

Ankara Ukrayna böhranının sülh yolu ilə həlli üçün səylərini davam etdirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

 

“Türkiyə hökuməti Ukraynada atəşkəsin əldə olunması və münaqişənin sülh yolu ilə həlli üçün səylərini davam etdirəcək. Hazırda regionda humanitar vəziyyətin ağırlaşması müşahidə olunur. Biz münaqişənin diplomatik həlli istiqamətində təşəbbüslərimizi davam etdiririk”, - nazir vurğulayıb.

 

Akar Ankaranın səyləri nəticəsində İstanbulda taxıl sazişinin əldə olunduğunu və bu günə kimi humanitar dəhliz vasitəsilə Ukrayna limanlarından 7 milyon tondan çox kənd təsərrüfatı məhsulunun ixrac edildiyini xatırladıb.

 

O, həmçinin qeyd edib ki, Türkiyə Ukrayna və Rusiya arasında əsir mübadiləsinin təşkilində həlledici rol oynayır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI