Rusiyanın genişmiqyaslı hücumu başlayandan bəri Ukrayna 1620 yaşayış məntəqəsini işğaldan azad edib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasından məlumat verilib.
"Bu gün mühüm bayramdır - Ukraynanın Müdafiəçiləri və Müdafiəçiləri Günüdür... Sizin sayənizdə artıq 1620 yaşayış məntəqəsi rus işğalçılarından azad edilib", - açıqlamada bildirilib.
Qeyd olunub ki, o cümlədən, Xerson vilayətində 75 yaşayış məntəqəsindən işğalçılar qovulub.