Məşhur britaniyalı aktyor Robbi Koltreyn vəfat edib.
Modern.az BBC-yə istinadən xəbər verir ki, o, 72 yaşında dünyasını dəyişib.
Məşhur aktyor "Harri Potter" film seriyasında "Haqrid" personajını canlandırıb. Aktyor ötən əsrin sonlarında "Parıltılı Qordon", "Mona Liza", "Qızıl Göz", "Alisa möcüzələr ölkəsində" filmlərində də rol alıb.
Akif İsmayılov