ABŞ Rusiyaya silah-sursat verən, ölkənin hərbi-sənaye kompleksini dəstəkləyən şəxslərə, ölkələrə və şirkətlərə qarşı sanksiyalar tətbiq edə bilər.
Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ maliyyə nazirinin müavini Valli Adeyemo bildirib.
O, nazirliyin məsələ ilə bağlı göstərişlər verəcəyini, Vaşinqtonun bu cür sərt tədbirləri tətbiq etməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ artıq Rusiyaya pilotsuz uçuş aparatları tədarük edən İran şirkətlərinə və rəsmilərinə sanksiya tətbiq edib.
Akif İsmayılov