Bartindəki mədəndə partlayış nəticəsində ölənlərin sayı 41 nəfər çatıb.
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, partlayışın baş vermə səbəbləri araşdırılır: “İstintaq tədbirləri başlayıb. Əgər bu hadisədə məsuliyyət daşıyan şəxslər varsa, əlbəttə, onlar tapılacaq".
Ərdoğan əlavə edib ki, axtarış-xilasetmə tədbirləri davam edir.