Modern.az

Moskvada səfərbərlik başa çatdı

Moskvada səfərbərlik başa çatdı

17 Oktyabr 2022, 13:40

Rusiya paytaxtı Moskvada sentyabrın 21-i elan olunan qismən səfərbərlik başa çatıb.

 

Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

 

Sobyanin qeyd edib ki, səfərbərlik məntəqələri oktyabrın 17-si saat 14:00-da bağlanır:

 

“Bununla da yaşayış yeri və müəssisələrə səfərbərlik prosesində göndərilmiş çağırış vərəqələri öz qüvvəsini itirir”.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin səfərbərlik çərçivəsində orduya 220 min nəfərin cəlb olunduğunu açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI