Modern.az

Görüş üçün 3-cü ölkəyə getməyə ehtiyac yoxdur - Türkiyə XİN

Görüş üçün 3-cü ölkəyə getməyə ehtiyac yoxdur - Türkiyə XİN

17 Oktyabr 2022, 15:00

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesində iştirak edən xüsusi nümayəndələrin görüşü Türkiyə və ya Ermənistanda olmalı idi. 

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasının nəticələrinə dair mətbuat konfransında çıxışı zamanı bildirib.

 

"Cənab Ərdoğan və Paşinyan arasında Praqada baş tutan görüşdə də bu bir daha təsdiqləndi. Artıq 3-cü ölkəyə getməyə ehtiyac yoxdur. Nümayəndələr davamlı olaraq telefonda danışırlar, onlar qərar verəcəklər görüşməyə.  Eyni zamanda son görüşdə Paşinyanın da təklifləri olub, cənab Ərdoğan bunların üzərində işləmək üçün nümayəndələrə tapşırıq verib". 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI