İsveçdə koalisiya hökumətinə rəhbərlik edəcək şəxsin kimliyi məlum olub.
Modern.az xəbər verir ki, bu gün İsveç parlamentində keçirilən səsvermə nəticəsində mühafizəkar Moderat Partiyasının lideri 59 yaşlı Ulf Kristersson ölkənin Baş naziri seçilib.
Xatırladaq ki, sentyabrın 11-də baş tutan parlament seçkilərində sağçı blok 176, sol partiyalar isə 173 mandat qazanıb.