Macarıstan Avropa İttifaqının (Aİ) Ukrayna ordusunun təlimlərini maliyyələşdirməsinə dəstək verməyib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Peter Siyerto bildirib.
Nazir münaqişənin genişlənməməsi üçün Macarıstanın bu təşəbbüsdə iştirak etməyəcəyini deyib. O vurğulayıb ki, Macarıstan layihəni dəstəkləməyən yeganə Avropa İttifaqı ölkəsidir.
Bu gün Avropa İttifaqı xarici işlər nazirləri Ukrayna hərbçiləri üçün təlim missiyasının başlamasını təsdiqləyiblər. Avstriya hələlik layihədə iştirak etməyəcəyini bildirsə də, ölkə təşəbbüsü dəstəkləyir. Layihəyə əsasən, missiya noyabrda başlayacaq və iki il davam edəcək. 15 min Ukrayna əsgərinin təlim keçəcəyi gözlənilir. Layihənin xərcləri 106,7 milyon avro olaraq qiymətləndirilir.
Akif İsmayılov